RU

Müctəba Xamenei necə və nə vaxt yaralanıb?

İranın yeni Ali Lideri Müctəba Xameneinin xəstəxanada olduğu barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, onun necə və nə vaxt yaralandığı barədə məlumat yayılıb. Bu haqda "The New York Times" qəzeti yazıb.

Məlumata görə, Müctəba Xamenei 28 fevralda İsrail və ABŞ-ın hücumlarının ilk günündə yaralanıb.

"Xamenei həmin gün ayağından xəsarət alıb, lakin təhlükəsiz bir yerə sığına bilib", - deyə nəşrin mənbələri bildirib.

Qeyd edək ki, məlumatda Xameneinin xəsarətlərinin dərəcəsi və başqa təfərrüatlar açıqlanmır.

Избранный
64
3
publika.az

4Источники