RU

LinkedIn süni intellektin əsas mənbələrdən birinə çevrilib

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Marketinq platforması Profound -un araşdırması nəticəsində belə məlum olub. Araşdırmaya əsasən, 2025-ci ilin noyabr ayından etibarən LinkedIn -in süni intellekt sistemlərində istinad olunma tezliyi iki dəfə artıb və o hazırda peşəkar mövzular üzrə axtarış sorğularında ən çox istinad edilən domenə çevrilib. Məlumata görə, ChatGPT-də LinkedIn istinadlarının 35 faizi paylaşımlar, uzun məqalələr və bülletenlərdən, 14,5 faizi isə istifadəçi profillərindən gəlir. Ekspertlər bildirirlər ki, Reddit , Wikipedia və YouTube kimi icma və məzmun yaradıcısı platformalar da süni intellekt cavablarında tez-tez istifadə olunan mənbələrə çevrilib. Bunun səbəbi həmin platformalarda real insanların fikir və müzakirələrinin geniş yer almasıdır. Mütəxəssislərin fikrincə, bu dəyişiklik şirkətlər və rəhbərlər üçün onlayn görünürlük qaydalarını dəyişir. LinkedIn-in analitik platforması Lilypath-ın həmtəsisçisi Erin Lanuti bildirib ki, peşəkar görünürlük artıq yalnız insanların bir-birini necə görməsi ilə müəyyən olunmur. Getdikcə süni intellekt sistemlərinin insanları necə şərh etməsi daha çox önəm qazanır. Lanuti qeyd edib ki, əgər süni intellekt sistemləri LinkedIn-i peşəkar etibarlılıq üçün əsas mənbə kimi istifadə edirsə, profil məlumatlarının aydın və dolğun olması istifadəçinin tanınması və etibar qazanması üçün vacib amilə çevrilir. Bununla yanaşı, şirkət bildirir ki, generativ süni intellekt sistemləri yalnız LinkedIn-də açıq (public) olan məlumatları istifadə edə bilir. Nəticə olaraq bildirilir ki, süni intellekt və generativ axtarış texnologiyalarının inkişaf etdiyi dövrdə şirkətlər və rəhbərlər LinkedIn-də aktiv və düşünülmüş fəaliyyət göstərməklə öz nüfuzlarını və təsir dairələrini artıra bilərlər. Məhəmmədəli Həsənli

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
84
azvision.az

1Источники