RU

Nəriman Axundzadə "Kolambus Kryu"nun düşərgəsindən azarkeşlərə səsləndi - VİDEO

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kryu"nun düşərgəsindən azarkeşlərə qısa mesaj ötürüb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı hücumçu qısa müraciətində "Kolambus Kryu"da xoşbəxt olduğunu qeyd edib.

“Salam, mənim adım Nərimandır, “Kolambus Kryu”da olduğum üçün çox xoşbəxtəm!” – futbolçumuz bildirib.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

İdman.Biz
Избранный
14
1
idman.biz

2Источники