RU

İndiyədək ən böyük neft ehtiyatları bazara çıxarılacaq - NEFT DAHA DA UCUZLAŞIB

Orta Şərqdəki münaqişənin yaratdığı təchizat şokunu yüngülləşdirmək məqsədilə Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - IEA)) tərəfindən indiyədək ən böyük neft ehtiyatlarının sərbəst buraxılması (bazara çıxarılması) təklifinin müzakirə olunduğu barədə xəbər yayılıb.

"Wall Street Journal"ın məlumatına görə, IEA-nın planı 2022-ci ildə Rusiyanın Ukraynaya işğalından sonra bazara buraxılan 182 milyon bareldən daha çox neftin sərbəst buraxılmasını nəzərdə tutur. Xəbərin ardınca xam neft qiymətləri düşüb.

Bakı vaxı ilə saat 08:54-ə olan məlumata görə, Brent nefti 1,32% ucuzlaşma ilə 86,64 dollara ticarət olunub. 

Dünya nefti və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı su yolunda gəmi trafiki demək olar ki, dayanıb.

Dünən ABŞ Prezidenti Donald Tramp müharibənin böyük ölçüdə başa çatdığını və tezliklə bitəcəyinə dair açıqlamalar vermişdir. Bu açıqlamalar 120 dollara yaxınlaşmış neftin qiymətinin 91 dollar səviyyələrinə düşməsinə səbəb olmuşdu. 

Избранный
53
1
marja.az

3Источники