RU

ÇL: "Real Madrid" "Mançester Siti" ilə qarşılaşır

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutacaq.

Günün ilk oyununda "Bayer Leverkuzen" "Arsenal"ı Almaniyada qonaq edəcək.

Gecəyarısı baş tutücaq digər oyunlara gəlincə, "Real Madrid" "Mançester Siti" ilə, PSJ "Çelsi"ylə, "Budyo-Qlimt" isə "Sportinq"lə üz-üzə gələcək.

Ötən gün baş tutan oyunlarda "Qalatasaray" doğma meydanda İngiltərə nəhəngi "Liverpul" üzərində 1:0 hesablı qələbə qazanıb. "Barselona" İngiltərədə "Nyukasl"la sülhə (1:1)  razılaşıb, "Bayern Münhen" İtaliyada "Atalanta"nı (6:1), "Atletiko Madrid" isə "Tottenhem"i (5:2) darmadağın edib.

Qeyd edək ki, 1/8 finalın cavab oyunları 18-19 martda keçiriləcək. 

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
11 mart

21:45. "Bayer Leverkuzen" (Almaniya) – "Arsenal" (İngiltərə)

00:00. "Real Madrid" (İspaniya) – "Mançester Siti" (İngiltərə)

00:00. PSJ (Fransa) – "Çelsi" (İngiltərə)

00:00. "Budyo-Qlimt" (Norveç) – "Sportinq" (Portuqaliya)

Избранный
33
5
fanat.az

10Источники