AZ

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçları keçirilib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları baş tutub.

APA xəbər verir ki, "Mançester Siti" İngiltərədə İspaniyanın "Real" komandasının müqavimətini qırmağa çalışıb. Madriddəki ilk görüşdə meydan sahibləri üç cavabsız qolla qalib gəlib.

İngiltərənin digər komandası "Çelsi" turnirin son çempionu PSJ-nin qonağı olub. Parisdəki birinci oyunda London klubu 2:5 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

"Sportinq" (Portuqaliya) - "Budyo Qlimt" (Norveç) - 5:0

İlk oyun - 0:3

"Arsenal" (İngiltərə) - "Bayer 04" (Almaniya) - 2:0

İlk oyun - 1:1

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3

İlk oyun - 2:5

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2

İlk oyun - 0:3

Seçilən
6
23
apa.az

10Mənbələr