RU

Gül kələmi şorbası resepti

Bu şorba yumşaq teksturası və tərəvəzlərin təbii aroması ilə həm doyumlu, həm də pəhriz saxlayanlar üçün ideal bir başlanğıcdır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

1 ədəd kiçik boy gül kələmi

1 ədəd orta boy kartof

1 ədəd kiçik baş soğan

2 diş sarımsaq

2 xörək qaşığı zeytun yağı

1 xörək qaşığı kərə yağı

5 stəkan isti su (və ya tərəvəz bulyonu)

1 çay qaşığı duz

Yarım çay qaşığı istiot

Üzəri üçün:

1 xörək qaşığı zeytun yağı

Bir az pul bibər

Bir neçə budaq cəfəri

Hazırlanma Qaydası
Gül kələmini kiçik hissələrə ayırıb bol su ilə yaxşıca yuyun. Kartofun qabığını soyub kub şəklində doğrayın. Soğanı və sarımsağı xırda-xırda doğrayın.

Qazana zeytun yağı və kərə yağını əlavə edin. Doğranmış soğanları əlavə edib yumşalana qədər qovurun.

Sarımsağı əlavə edib qısa müddət qarışdırdıqdan sonra kartof və gül kələmini tencereye tökün.

Üzərinə isti suyu (və ya bulyonu) əlavə edin. Tərəvəzlər tam yumşalana qədər təxminən 20 dəqiqə bişirin.

Bişən tərəvəzləri blenderdən keçirərək şorbanın hamar (pürüzsüz) bir qıvam almasını təmin edin.

Duz və istiotu əlavə edib bir neçə dəqiqə daha qaynatdıqdan sonra ocaqdan götürün.

Süfrəyə verərkən üzərinə zeytun yağı gəzdirin, pul bibər və cəfəri ilə bəzəyin.

Şorbanın daha qatı və qaymaqlı olması üçün suyun bir hissəsini süd və ya qaymaqla (krema) əvəz edə bilərsiniz.

Kartof yerinə yerkökü əlavə edərək daha rəngli və şirin bir dad əldə etmək olar.

Bişirmə zamanı qazana bir az kərəviz sapı və ya kiçik bir parça kərəviz kökü atmaq şorbanın ətrini zənginləşdirər.

Gül kələminin özünəməxsus qoxusunun daha yüngül olması üçün bişirərkən şorbaya bir neçə damcı limon suyu əlavə edin.

Servis zamanı üzərinə qovrulmuş badam və ya fındıq parçaları tökərək fərqli bir toxunuş edə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Избранный
93
1
milli.az

2Источники