RU

KİV: İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlər irəli sürüb

İran atəşkəs danışıqlarında vasitəçi olmağa hazır olan ölkələrin bütün təkliflərindən imtina edib və diplomatik prosesi bərpa etmək üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir.

"Far.Az" xəbər verir ki, Livanın "Al Mayadeen" telekanalı belə bir iddia ilə çıxış edib.

Mənbələrin məlumatına görə, Tehran Vaşinqtonun gələcəkdə İslam Respublikasına hücum etməyəcəyinə dair zəmanət verməsi, təzminat ödənilməsi, habelə İranın öz atom enerjisi obyektlərində tam nüvə yanacaq dövrünü həyata keçirməsi ilə razılaşması barədə israr edir.

Daha əvvəl İranın ali rəhbərinin aparatının məsləhətçisi Kamal Xərrazi bildirmişdi ki, Tehran hazırda Vaşinqtonla danışıqlar üçün imkan görmür.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. Ağ Evdə hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıblar. SEPAH İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ali dini lider ayətullah Əli Xamenei öldürülüb.

Избранный
62
1
far.az

2Источники