UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının nəticələri bəlli olub.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 oyun baş tutub. Nəticələr:

  • "Qalatasaray" doğma meydanda "Liverpul"u minimal hesabla məğlub edib – 1:0.
  • "Nyukasl" və "Barselona" arasında keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
  • "Atalanta" öz meydanında "Bayern"ə böyük hesabla uduzub – 1:6.
  • Günün ən məhsuldar oyunlarından biri isə Madriddə baş tutub. "Atletiko Madrid" "Tottenhem"i 5:2 hesabı ilə məğlub edib.