RU

ABŞ və İsrailə 1 litr belə neft verməyəcəklər

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran ABŞ, İsrail və onların müttəfiqlərinin Yaxın Şərqdən bir litr də olsun neft ixrac etməsinə icazə verməyəcək.

"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Əli Məhəmməd Naini "Tasnim" xəbər agentliyinə bildirib. 

Onun sözlərinə görə, "İslam Respublikasının Silahlı Qüvvələri ABŞ və sionist rejimin İran xalqına qarşı davam edən təcavüzü qarşısında düşmənə və onun tərəfdaşlarına regiondan bir litr də olsun neft ixrac etməyə icazə verməyəcək".

O, neft və qaz qiymətlərini azaltmaq və nəzarətdə saxlamaq üçün edilən bütün cəhdlərin nəticəsiz qalacağını vurğulayıb. Qeyd edib ki, İran münaqişənin nə vaxt bitəcəyini özü müəyyən edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
3
unikal.az

4Источники