RU

Azərbaycanda neçə müğənni “Xalq artisti” adını daşıyır? – SİYAHI

Azərbaycanda incəsənət sahəsində ən yüksək fəxri adlardan biri “Xalq artisti” adıdır. Bu ad uzun illər sənətə töhfə verən sənət adamlarına dövlət tərəfindən verilir.

Hazırda ölkədə estrada və muğam sahəsində fəaliyyət göstərən bir sıra tanınmış müğənnilər bu fəxri ada layiq görülüblər. Ümumilikdə Azərbaycanda 200-dən çox “Xalq artisti” olsa da, onların bir qismi müğənni və xanəndələrdir.

NOCOMMENT.az hazırda yaşayan Xalq artisti olan müğənni və xanəndələrin bəzilərinin adlarını təqdim edir:

* Aygün Kazımova
* Röya Ayxan
* Tünzalə Ağayeva
* Mir Yusif
* Zülfiyyə Xanbabayeva
* Brilliant Dadaşova
* Flora Kərimova
* Nazpəri Dostəliyeva
* Mələkxanım Əyyubova
* Nəzakət Teymurova
* Niyaməddin Musayev
* Eyyub Yaqubov
* Faiq Ağayev
* Gülyaz Məmmədova
* Gülyanaq Məmmədova
* Bilal Əliyev
* Könül Xasıyeva
* Alim Qasımov
* Ağadadaş Ağayev
* Mənsum İbrahimov
* İlqar Muradov
* Azerin (Anaxanım Tağıyeva)
* Nəsibə Abdullayeva
* Emin Ağalarov

Qeyd edək ki, “Xalq artisti” fəxri adı Azərbaycan Prezidenti tərəfindən incəsənət sahəsində xüsusi xidmətləri olan sənət adamlarına verilir və bu ad ölkənin ən nüfuzlu mükafatlarından hesab olunur.

Nərmin
Nocomment.az

Избранный
57
nocomment.az

1Источники