RU

İran Körfəzdə ABŞ bazalarını vurdu – zərbələr İsrailə də çatdı

Yaxın Şərqdə gərginlik yeni və təhlükəli mərhələyə keçib.

Musavat.com xəbər verir ki, İran ABŞ hərbçilərinin yerləşdiyi iki əsas bazaya raket zərbələri endirib.

Məlumata görə, zərbələr Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra aviabazasına və Bəhreyndəki Əl-Cufeyr hərbi bazasına yönəlib. Həmin bazalarda ABŞ hərbçilərinin və hərbi texnikasının yerləşdiyi bildirilir.

Eyni zamanda İsrail ərazisində də bir neçə hərbi obyektin hədəfə alındığı qeyd olunur. Məlumata əsasən, İran qüvvələri Ramat-David hərbi aviabazasına, Hayfa hava limanı ərazisinə və Təl-Əvivin şərqində yerləşən raket qurğularına zərbələr endirib.

Musavat.com

Избранный
84
50
musavat.com

10Источники