“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində baş tutacaq.
Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.