RU

Zülfiyyə Xanbabayevadan Mehinə mahnı qadağası

Müğənni Mehin Hümbətova ilə Xalq artisti Zülfiyyə Xanbabayeva arasında mahnı üstündə mübahisə yaranıb.

 

Bununla bağlı Mehin “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, Xanbabayeva ona mahnısını oxumağa icazə verməyib:

 

“Zülfiyyə Xanbabayevanın repertuarındakı bütün mahnıları çox sevirəm. Çünki biz bu mahnılarla böyümüşük. “Sənsiz” mahnısını ifa etmək istədik. Zülfiyyə xanım əvvəlcə icazə verdi. Biz artıq aranjimanı, demək olar, bitirmişdik, hazır idi. Nigar xanım (prodüser Nigar Hacızadə - red.) zəng edib dedi ki, harada istəyirsə, ifa etsin, amma bu mahnını yayımlamasınlar. Bəstəkar Hüseyn Abdullayev idi, ondan icazə ala bilmədiyimiz üçün, Zülfiyyə xanıma müraciət etdik. Yəqin ki, özü yenidən mahnını oxumaq istəyir, ona görə də icazə vermədi. Eybi yox, olur belə şeylər”./Axşam.az

Tarix: 10 Mart 2026, 17:31   
Избранный
20
2
pravda.az

7Источники