RU

"Real"ın ulduzu əməliyyat olundu

"Real Madrid"in ön xaçvari diz bağları qopan hücumçusu Rodriqo Qoes uğurla əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, məlumatı "kral klubu"nun mətbuat xidməti yayıb.

Əməliyyatın "Real"ın tibbi xidmətinin rəhbərliyi altında keçdiyi, braziliyalı ulduzun yaxın günlərdə bərpa təmrinlərinə başlayacağı bildirilib.

Xatırladaq ki, Ridriqo La Liqanın 26-cı turunda, "Xetafe"yə evdə uduzduqları matçda (0:1) zədələnmişdi.

Toğrul

Избранный
16
fanat.az

1Источники