RU

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı keçirilir

Vaşinqton. Trend:

Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası (USACC)tərəfindən təşkil olunan ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransıkeçirilir.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Konfransın mövzusu "ABŞ-Azərbaycan Ticarət və Biznes Gündəliyi:Bazarları Birləşdirməklə Gələcəyi Formalaşdırmaq"dır.

Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyimünasibətilə keçirilən konfrans ABŞ və Azərbaycanın dövlətqurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini,investorları və maliyyə sektorunun təmsilçilərini bir arayagətirib.

Tədbir USACC-nin icraçı direktoru Natiq Baxışovun salamlamanitqi, USACC İdarə Heyətinin sədri Reza Vəzirinin və AzərbaycanınABŞ-dakı səfiri Xəzər İbrahimin çıxışları ilə başlayıb.

Tədbir çərçivəsində ikitərəfli ticarətin və stratejiəməkdaşlığın gücləndirilməsinə həsr olunmuş əsas sessiya, həmçinintexnologiyaların inkişaf amili kimi rolu, enerji infrastrukturu vəABŞ ilə Azərbaycan arasında maliyyə əməkdaşlığının gücləndirilməsimövzularında panel müzakirələri keçiriləcək.

Konfrans iştirakçıları arasında Azərbaycanın iqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyev, ABŞ Ticarət DepartamentindəSənaye və təhlükəsizlik üzrə katib müavini Ceffri Kessler,Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov, ABŞDövlət Departamentində enerji və kritik minerallar məsələləri üzrəkatib köməkçisinin müavini Reci Sinqh, SOCAR-ın Prezidenti RövşənNəcəf, SOCAR-ın Vitse-prezidenti Əfqan İsayev, “U.S. InternationalDevelopment Finance Corporation” (DFC)-nin idarəedici direktoruKennet Encel, USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa vəAvrasiya üzrə regional direktoru Karl Kress, Bakı Fond Birjasınınİdarə Heyətinin sədri Ruslan Xəlilov yer alır.

Panel müzakirələrində həmçinin “McLarty Associates”,“Honeywell”, “NEQSOL Holding”, “Visa”, “Bechtel”, “AECOM”, “NobelEnergy Americas” və ABŞ-nin Exim bankın yüksək səviyyəlinümayəndələri iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə“HAIMAKER.AI” Inc şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsalplatforma və ekosistemin yaradılması üzrə potensial tərəfdaşlığadair Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək. SənədiAzərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və“HAIMAKER.AI Inc” şirkətinin həmtəsisçisi və baş icraçı direktoruSu Le imzalayacaqlar.

Konfransın əsas məqamlarından biri də ikitərəfli ticarətin vəiqtisadi əməkdaşlığın inkişafına töhfə verən şirkət vətəşkilatların mükafatlandırılması mərasimi olacaq.

USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycanarasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçünaparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlətvə özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətintəşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasındaiqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
57
2
az.trend.az

3Источники