RU

Azərbaycanda da benzin 50 qəpik BAHALAŞACAQ?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya bazarında benzin və digər yanacaq növlərinin qiymətində artım müşahidə olunur. 

Qlobal enerji bazarında baş verən dəyişikliklər bir çox ölkələrdə yanacağın bahalaşmasına səbəb olur. Bu vəziyyət isə Azərbaycanda da benzinin qiymətinin artıb-artmayacağı ilə bağlı suallar yaradır. 

İqtisadçı Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda benzinin qiyməti tam sərbəst bazarla müəyyən olunmur, əsasən dövlət tərəfindən tənzimlənir və son qərarı Tarif Şurası verir:

“Buna görə də qiymətlər birdən-birə çox böyük və nəzarətsiz şəkildə qalxmır, adətən artım mərhələli və kiçik intervallarla olur. Məsələn, 2026-cı ilin əvvəlində Aİ-92 markalı benzinin qiyməti 1.10 manatdan 1.15 manata qaldırılıb və dizelin qiyməti də müəyyən qədər artırılıb. 

Kəskin artımın baş verməsi bir neçə amildən asılıdır. Dünya bazarında neft və yanacaq qiymətlərinin yüksəlməsi, bəzi benzin növlərinin idxaldan asılı olması, həmçinin daxildə emal zavodlarının istehsal gücü kimi faktorlar qiymətlərə təsir edə bilər. 

Əgər dünya bazarında qiymətlər ciddi şəkildə artsa və idxal xərcləri yüksəlsə, daxili bazarda da qiymətin artırılması qərarı verilə bilər. Realist proqnozlara görə, Azərbaycanda qiymət artımı adətən 5–20 qəpik intervalında olur və bir dəfəyə çox böyük sıçrayış nadir hallarda edilir. 

Məsələn, Aİ-92 benzinin qiyməti son illərdə əsasən 5–10 qəpik artımlarla dəyişib və 2026-cı ildə təxminən 1.15 manat səviyyəsinə çatıb”. 

İqtisadçı yaxın illərdə yenidən artım olarsa, ehtimal olunan ssenari barədə də danışıb: 

“Qiymət mərhələli şəkildə 1.20–1.30 manat aralığına qədər yüksələ bilər.Daha kəskin artım yalnız qlobal enerji böhranı, böyük vergi dəyişiklikləri və ya daxili istehsalda ciddi problem yaranarsa mümkündür.

Ona görə də qısa müddətdə çox böyük, məsələn 50 qəpik və ya 1 manatlıq birdəfəlik artım ehtimalı aşağı sayılır, artımlar əsasən tədrici şəkildə həyata keçirilir”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

benzin Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
11
cebheinfo.az

10Источники