RU

Gürcüstanda Almaniya səfirindən üzr istəməsi TƏLƏB OLUNUR

Gürcüstanda Almaniya səfirinə qeybətçi olduğunu etiraf etməsi və üzr istəməsi üçün təzyiq göstərilir.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Gürcüstanda Almaniya səfirinin “şayiəçi” olduğunu etiraf etməsi və rəsmi şəkildə üzr istəməsi barədə tələblər irəli sürülüb. Bu kəskin reaksiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 20-ci sanksiyalar paketindən Gürcüstanın Kulevi limanını çıxarmasından sonra gündəmə gəlib.

Yerli siyasi dairələr limanla bağlı əvvəllər yayılan və sanksiya təhlükəsi yaradan məlumatların əsassız olduğunu bildiriblər. Səfirin bu prosesdəki mövqeyi və verdiyi açıqlamalar Gürcüstan tərəfindən ölkənin iqtisadi maraqlarına və nüfuzuna zərbə kimi qiymətləndirilir.

Hazırda liman sanksiya təhlükəsindən uzaq olsa da, diplomatik müstəvidə gərginlik davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
66
interpress.az

1Источники