RU

"İraq ölkə ərazisinin qonşularına qarşı münaqişələr üçün istifadəsinə icazə verməyəcək"

İraqın Baş naziri ABŞ-yə İraqın regional münaqişələrdə istifadə edilməməli olduğunu vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

Məlumata görə, Baş nazir Məhəmməd Şiə əl-Sudani ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında İraqın hava, quru və su məkanının qonşu və ya regional ölkələrə qarşı hərbi əməliyyatlarda istifadə edilməməsinin vacibliyini qeyd edib.

O, İraqın hərbi əməliyyatlarda iştirak etməmə prinsipinə sadiqliyini və ölkə hakimiyyəti, həmçinin xalq, siyasi və milli qüvvələrin prinsipial mövqeyini vurğulayıb. Baş nazir “ölkəni davam edən münaqişələrə cəlb etmək cəhdlərini” rədd edib və hava məkanının hər kəs tərəfindən pozulmasını pisləyib.

Şiə əl-Sudani həmçinin İraqdakı diplomatik nümayəndəliklərin, səfirliklərin və konsulluqların qorunmasının ölkə silahlı qüvvələrinin əsas məsuliyyəti olduğunu bir daha təsdiqləyib.

Telefon danışığında tərəflər regiondakı son inkişafları və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. ABŞ Dövlət Departamenti isə Rubionun həm İran, həm də İranla əlaqəli milislərin İraqda, o cümlədən İraq Kürdüstanında hücumlarını qətiyyətlə pislədiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
83
1
redaktor.az

3Источники