RU

Düşünmürəm ki, amerikalılarla danışmaq... Əraqçi

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

İranın ABŞ ilə danışıqları bərpa etməsi ehtimalı az qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına müsahibəsində danışıb.

Nazir bildirib ki, İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin rəhbərliyi altında Vaşinqtonla danışıqların yenidən gündəmə gətiriləcəyi inandırıcı görünmür. Onun sözlərinə görə, Xameneinin bu məsələ ilə bağlı mövqeyi barədə danışmaq üçün hələ tezdir.

“Hamımız onun çıxışlarını və şərhlərini daha sonra gözləyirik. Amma düşünmürəm ki, amerikalılarla danışmaq və ya onlarla danışıqlar aparmaq məsələsi yenidən müzakirə olunacaq”, – deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, Tehran Vaşinqtonla əvvəlki danışıqlar zamanı “çox acı təcrübə” yaşayıb.

Qeyd edək ki, martın 9-da Ekspertlər Şurası yekdilliklə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Lideri seçib.

Bundan əvvəl İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf da ABŞ və İsrail dərs çıxarmayana qədər İranın atəşkəsə razılaşmayacağını bəyan etmişdi.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
redaktor.az

2Источники