RU

İran ABŞ istehsalı "Tomahawk" raketlərinə sahibdir? - Trampdan ilginc AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranın Amerika istehsalı olan “Tomahawk” raketlərindən istifadə etdiyini iddia edib.

Redaktor.az xəbər verir ki, bu barədə TWZ nəşri məlumat yayıb.

Məlumata görə, Tramp mətbuat konfransı zamanı İranın ABŞ istehsalı olan “Tomahawk” kruiz raketlərini əldə etdiyini və onlardan qızların ibtidai məktəbinə hücum zamanı istifadə oluna biləcəyini bildirib.

Onun sözlərinə görə, bu raketlər İrana adı açıqlanmayan şəxslər tərəfindən satılıb.

Qızlar məktəbinə hücumla bağlı suala cavab verən ABŞ Prezidenti qeyd edib ki, hücumun Amerika istehsalı olan raketlə həyata keçirilməsi mümkündür, lakin bunun İran tərəfi tərəfindən də həyata keçirilə biləcəyini istisna etməyib.

Tramp bildirib ki, “Tomahawk” dünyanın ən güclü silahlarından biridir və müxtəlif ölkələr tərəfindən istifadə olunur, satılır və tətbiq edilir.

Bununla belə, TWZ nəşrinin müəllifləri iddia edirlər ki, İranın arsenalında “Tomahawk” raketləri mövcud deyil.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
65
1
redaktor.az

2Источники