RU

Azərbaycanın İrana humanitar yardımından yazdılar

Yazını böyüt
Yazını kiçilt

Malayziyanın rəsmi xəbər agentliyi Bernama AZƏRTAC-ın Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İrana humanitar yardım göndərilməsi barədə xəbərini saytına yerləşdirib.

Hafta.az xəbər verir ki, məlumatda 30 tonluq humanitar yükün Azərbaycanın müvafiq qurumu tərəfindən İrana yola salındığı qeyd edilib. Bernama humanitar yardıma ərzaq, dərman və tibbi ləvazimatların daxil olduğunu yazır.

Xəbərdə humanitar yardımın Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunduğu bildirilib.

Избранный
42
3
hafta.az

4Источники