RU

WADA nın Bakıda keçirilməsi planlaşdırılan Avropa Regional Simpoziumu təxirə salınıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a bildirilib ki, simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verib.

WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMADA-nın göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
50
9
azertag.az

10Источники