RU

“Araz-Naxçıvan” 20-ci dəfə darmadağına üzüldü – ARENA.AZ

“Araz-Naxçıvan” futbol üzrə Azərbaycan çempionatlarının yüksək liqasında 20-ci dəfə böyük hesabla məğlub olub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 23-cü turuna təsadüf edib.

Naxçıvan təmsilçisi “Qarabağ”la səfər matçında 0:6 hesabı ilə uduzub.

Üç və ya daha çox top fərqi ilə olan 20 məğlubiyyətdən 8-i öz, 12-si rəqib meydanında qeydə alınıb. Naxçıvan komandasının ilk belə matçı 2000-ci il sentyabrın 9-da “Neftçi”yə qarşı olub. Bakı klubu səfərdə 7 cavabsız qol vurub.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Qarabağ”la son üç görüşdə böyükhesablı məğlubiyyət alıb – 0:5, 1:5, 0:6.

Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda hazırda 33 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 23 oyunda 9 qələbə qazanmış Muxtar Respublika təmsilçisi, 6 heç-heçə və 8 məğlubiyyət də görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
82
10
arena.az

10Источники