RU

İrana göndərilən humanitar yardım Astara sərhədinə çatdı - FOTO

Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin tapşırığı ilə İrana humanitar yardım GÖNDƏRİLDİ - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
 

Hazırda humanitar yardım yüklənmiş avtomobillər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.


Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.




Bizim.Media

Избранный
72
17
bizim.media

10Источники