AZ

Azərbaycandan İrana yardım aparan maşınlar sərhədi keçdi...



Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib.

Yük maşınları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

ZÜMRÜD

Seçilən
35
1
baki-xeber.com

10Mənbələr