RU

Bələdiyyə seçkilərində son həftə: Paris meri kim olacaq?

Paris, 10 mart, AZƏRTAC

Fransada bələdiyyə seçkilərinə qızğın hazırlıq gedir. Seçki kampaniyası son həftəsinə daxil olduğu bir vaxtda xüsusilə Paris bələdiyyəsi üzrə olduqca gərgin mübarizə gözlənilir. Martın 15-də baş tutacaq səsvermənin ilk turundan sonra Parisdə ikinci tura hətta beş namizədin vəsiqə qazana biləcəyi ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, hazırkı mərhələdə yalnız bir məqam aydındır: sorğulara əsasən iki namizəd paytaxt meri olmağa daha yaxındır. Bunlardan biri sol qüvvələrin əksəriyyətini birləşdirən Emmanuel Qrequar, digəri isə sağçı blokun namizədi Raşida Datidir. Dati Respublikaçılar və Demokrat Hərəkat partiyaları tərəfindən dəstəklənir.

Sabiq mədəniyyət naziri Raşida Dati açıqlamasında seçiciləri dəyişiklik üçün taktiki səs verməyə çağırıb. O, rəqibi Emmanuel Qrequarın siyahısını tənqid edib və sol qüvvələrin Parisdəki idarəçiliyini sərt şəkildə hədəfə alıb.

Hər iki əsas namizəd cümə axşamı Parisdə mitinq keçirərək, tərəfdarları qarşısında çıxış edəcəklər.

Избранный
97
2
azertag.az

10Источники