RU

Eyyub Kərimli: Neftin hər 1 dollar artımı Azərbaycana milyonlarla gəlir gətirir

Təxmini hesablamalara görə, neftin qiymətinin hər 1 dollar artması Azərbaycan üçün ildə təxminən 300–350 milyon dollar əlavə ixrac gəliri yaradır. 

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli məlumat verib. Onun sözlərinə görə, təxmini hesablamalara əsasən neftin qiymətinin hər 1 dollar artması Azərbaycan üçün ildə təxminən 300–350 milyon dollar əlavə ixrac gəliri yaradır. Bu məbləğin təxminən 150 milyon dolları birbaşa dövlət büdcəsinin gəlirlərinə təsir edir:

"Əgər neftin qiyməti 10 dollar artarsa, bu halda Azərbaycan üçün əlavə 3–3,5 milyard dollar ixrac gəliri formalaşa bilər. Eyni zamanda dövlət büdcəsinin gəlirlərinə də təxminən 1,5 milyard dollar əlavə vəsait daxil ola bilər. Bu hesablamalar Azərbaycanın gündəlik 0,5–0,6 milyon barrel neft istehsal etməsi ilə bağlıdır. Qiymətin hər barrel üzrə artması böyük həcmdə ixrac olunan neftdən əldə edilən ümumi gəliri əhəmiyyətli dərəcədə artırır".

Bununla belə iqtisadçı vurğulayıb ki, neftin qiymətinin yüksəlməsi yalnız müsbət tərəflərlə məhdudlaşmır. Onun sözlərinə görə, neft qiymətlərinin artması qlobal miqyasda inflyasiyanın güclənməsinə də səbəb ola bilər.

 

Pərvanə Fərhadqızı

Избранный
65
qht.az

1Источники