RU

Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salındı – FOTO

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İrana humanitar yardım göndərilir. 

Doğru.az xəbər verir ki, yardım Fövqəladə Hallar Nazirliyinin (FHN) avtomobilləri vasitəsilə yola salınır.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir. Bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə məlumat verib.

Onun sözlərinə görə, göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.

Qeyd olunub ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Humanitar yardım karvanını Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul vəzifəli şəxsləri Niyazi Rəhimov və Qurban Sadıqov İranın Astara şəhərinədək müşayiət edirlər.

DOĞRU.AZ

image-5ed1e27a-8184-4b49-85ed-2a86e5d04bfb image-a3ae568c-d34a-4f89-8e25-e9ea84da9421 image-ca22d292-4359-49f8-93c8-3e3c4d610b0f image-dc35b659-8a89-400d-bf36-e14a06fdd7be

Избранный
59
44
dogru.az

10Источники