RU

Bakı Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 9 mart, AZƏRTAC

Bakıda yas mərasimində iştirak etmək üçün martın 6-da Naxçıvan-Bakı reysi ilə uçuş edəcəkdim. Lakin məlum səbəblərə görə həmin reys təxirə salındı. Məcbur olub qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakıya uçduq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Natəvan Hüseynova deyib.

O qeyd edib ki, İğdırda onları çox səmimi, mehriban şəkildə qarşılayıb və yola salıblar: "Bu gün Bakıdan Naxçıvana uçuş edən zaman eşitdik ki, artıq aviareyslər ənənəvi qaydada bərpa olunur. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə Naxçıvana və naxçıvanlılara göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk. İnşallah, xalqımız bir də belə hadisələrlə qarşılaşmaz."

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
5
azertag.az

7Источники