RU

Qazaxıstanda kafedə baş verən partlayışda ölənlərin sayı 11 ə çatıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 9 mart, AZƏRTAC

Qazaxıstanın Şuçinsk şəhərində kafedə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, son iki gün ərzində daha iki zərərçəkən dünyasını dəyişib. Martın 8-də “Avitsenna-Burabay” stasionar mərkəzinin reanimasiya şöbəsində olan bir pasiyent, martın 9-da isə Kokşetau şəhərindəki Akmola vilayət çoxprofilli xəstəxanasında müalicə alan bir qadın vəfat edib.

Xatırladaq ki, fevralın 26-da Şuçinsk şəhərində birmərtəbəli “Plov mərkəzi” kafesində partlayış baş verib.

Faktla bağlı cinayət işi açılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
azertag.az

2Источники