RU

U 23 Avropa çempionatının ikinci günündə Azərbaycanın beş güləşçisi mübarizəyə qoşulacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə daha beş çəkidə Azərbaycan təmsilçiləri mübarizəyə qoşulacaqlar.

Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) ilk görüşlərini keçirəcəklər.

Həmçinin bu gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finalda, Musa Ağayevlə (65 kq) Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
4
icma.az

9Источники