AZ

Azərbaycanın 5 güləşçisi Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala adlayıb.

Ceyhun Allhverdiyev (61 kq) Ağanəzər Novruzov (74) kq, Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) finalın bir addımlığında mübarizə aparacaqlar.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Seçilən
27
4
far.az

10Mənbələr