RU

"Baron"un səhhəti pisləşdi, xəstəxanaya aparıldı

Türkiyənin tanınmış aktyoru, “Arka Sokaklar” serialındakı Rıza Baba və "Kurtlar vadisi"ndə Mehmet Karahanlı obrazları ilə geniş auditoriyanın yaddaşında qalan Zafer Ergin xəstəxanaya yerləşdirilib.

Türk mediasının məlumatına görə, aktyor qəfil naxoşladığından xəstəxanaya aparılıb. Onun həyat yoldaşı Binnaz Ergin sənətçinin səhhəti ilə bağlı açıqlama verib.

Binnaz Ergin bildirib ki, aktyor yüksək infeksiya və susuzluq səbəbindən özünü pis hiss edib və bu səbəbdən həkim nəzarətinə götürülüb. Onun sözlərinə görə, hazırda aktyorun ümumi vəziyyəti yaxşıdır və yalnız müşahidə məqsədilə xəstəxanada saxlanılır.

Məşhur aktyor uzun illərdir Türkiyə televiziya ekranlarında uğurlu rolları ilə tanınır. O, xüsusilə Arka Sokaklar serialındakı Rıza Baba rolu ilə böyük populyarlıq qazanıb. Bundan başqa, aktyor Kurtlar Vadisi serialında Karahanlı obrazı ilə də tamaşaçıların yaddaşında qalıb.

Aktyorun həyat yoldaşı əlavə edib ki, xəstəxanada müayinələr aparılır və hər şey plan üzrə gedərsə, Zafer Ergin çərşənbə günü yenidən serialın çəkilişlərinə qatılacaq.

Избранный
95
5
aznews.az

9Источники