RU

Rodrigez: Venesuela ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlığa hazırdır

BAKI, 10 mart. TELEQRAF

Venesuela ABŞ ilə diplomatik münasibətlər çərçivəsində bir sıra sahələrdə əməkdaşlığa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez “Venesolana de Televisión” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması və ortaq maraq doğuran məsələlər üzrə irəliləyiş əldə etmək məqsədilə əməkdaşlıq gündəliyi formalaşdırılıb.

Rodrigez qeyd edib ki, bu gündəlik enerji, dağ-mədən sənayesi və narkotik qaçaqmalçılığına qarşı mübarizə sahələrini əhatə edir.

O bildirib ki, Venesuela region və dünya ölkələri ilə narkotik qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlıq edir və ölkənin bu qeyri-qanuni fəaliyyətlərdə mühüm rol oynamadığını vurğulayıb.

Rodrigez həmçinin qeyd edib ki, Venesuela ilə ABŞ arasında münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı fayda və beynəlxalq hüququn prinsipləri əsasında qurulmalıdır. Onun sözlərinə görə, Venesuela sülh tərəfdarıdır və istənilən müharibəyə qəti şəkildə qarşı çıxır.

Избранный
93
teleqraf.com

1Источники