Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas İsraili Livandakı hərbi əməliyyatlarına son qoymağa çağırıb.
"Ölkə.az" xəbər verir ki, Aİ nümayəndəsi İsrailin hərəkətlərini həddindən artıq sərt hesab edib: "İsrailin hücumları kütləvi köçkünlüyə səbəb olur və onsuz da qeyri-sabit olan vəziyyəti daha da ağırlaşdırır".
Kallas vurğulayıb ki, İsrail Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir: "Diplomatik səylər eskalasiyanın qarşısını almaq üçün ən yaxşı vasitə olaraq qalır".