RU

ABC News: İran xaricdəki “yatan hüceyrələri” aktivləşdirə bilər

ABŞ hüquq-mühafizə orqanlarına göndərilən xəbərdarlıqda İrandan gəldiyi ehtimal olunan şifrəli mesajların aşkar edildiyi bildirilir...

Poliqon xəbər verir ki, bu barədə ABC News ABŞ federal hökumətinin hüquq-mühafizə orqanlarına göndərdiyi xəbərdarlıq sənədinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ təhlükəsizlik strukturları tərəfindən ələ keçirilən və ehtimal ki, İrandan göndərilən şifrəli mesajlar ölkə xaricində yerləşən “yatan agentlərin” aktivləşdirilməsi üçün mümkün əməliyyat siqnalı kimi qiymətləndirilir.

Telekanalın əldə etdiyi sənəddə qeyd olunur ki, təhlükəsizlik orqanları “siqnal məlumatlarının ilkin təhlili” əsasında müəyyən ötürmələrin İrandan göndərildiyini və qısa müddət ərzində bir neçə ölkəyə retranslyasiya edildiyini ehtimal edir. Bu məlumatların İranın ali dini lideri Əli Xameneinin ölümündən qısa müddət sonra yayılması xüsusi diqqət doğurub.

Sənəddə vurğulanır ki, hazırda bu siqnalların dəqiq məzmununu müəyyənləşdirmək mümkün deyil. Bununla belə, yeni beynəlxalq retranslyasiya kanallarının ortaya çıxması təhlükəsizlik qurumları arasında ciddi narahatlıq yaradıb və əlavə monitorinq tədbirlərinin görülməsinə səbəb olub.

Məlumata görə, əgər bu məlumatlar təsdiqlənərsə, ABŞ və Qərb ölkələrinin hüquq-mühafizə və kəşfiyyat orqanları arasında əvvəllər səsləndirilən narahatlıqlar daha da güclənə bilər. Xüsusilə ABŞ və İsrail tərəfindən İranın hədəflərinə endirilən zərbələrdən sonra Qərb ölkələrində yerləşdirilmiş mümkün “yatan hüceyrələrin” cavab tədbirləri üçün aktivləşdirilə biləcəyi ehtimalı təhlükəsizlik strukturlarının diqqət mərkəzindədir.

Analitiklər qeyd edirlər ki, belə ssenarinin reallaşması beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərə və Qərb ölkələrində terror təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsinə səbəb ola bilər.

Poliqon.info

Избранный
83
poliqon.info

1Источники