RU

Bu gün Azərbaycanda Yel çərşənbəsidir

Bakı. Trend:

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

Trend-in məlumatına görə, çərşənbələrdənüçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə","Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesininüçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və suinsan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bumaterialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbərverir.

İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, oduhərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olmasıilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s.var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədiməcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Избранный
41
az.trend.az

1Источники