RU

Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün çox insanda belə təsəvvür formalaşıb ki, sanki Çin zavodları gecə gündüz işləyib dünyanı avtomobillə doldurur. Burada həqiqət payı olsa da, qeyri-real stereotiplər də mövcuddur. 

Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, işçilərin adambaşına məhsuldarlığına görə Çin Qərb ölkələrindən ciddi şəkildə geri qalır. Böyük oyunçulardan hesdab edilən “Tesla”da hər əməkdaşın adambaşına məhsuldarlığı "BYD"dən 7 dəfə çoxdur. Halbuki, Çin müəssisələrində avtomatlaşma yüksək səviyyədədir.

Lakin bunu “səmərəsiz iş” kimi yox, biznes strukturu kimi qəbul etmək lazımdır. Zavodlarda yeni texnologiya sürətlə tətbiq olunur və buna görə də çox sayda işçi qəbul edilir. Son nəticədə zavodlarda işçi sayı kifayət qədər artıq olur.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
avtosfer.az

1Источники