Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Misli Premyer Liqasında 23-cü turun daha bir oyunu keçirilib.
Hafta.az xəbər verir ki, günün son matçında "Neftçi" evdə "Turan Tovuz"la üz-üzə gəlib.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyundan sonra Tovuz təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. "Ağ-qaralar" isə 31 xalla 7-ci yerdədir.