RU

Daha güclü olacaq! İrandan şok açıqlama

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bundan sonra buraxılan raketlərin döyüş başlıqları daha güclü olacaq.

Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinin komandanı bildirib.

Komandanın sözlərinə görə, artıq bir tondan kiçik döyüş başlıqları olan raketlərdən istifadə edilməyəcək. O qeyd edib ki, qarşıdakı mərhələdə hücumların intensivliyi və miqyası artacaq.

“Artıq bir tondan kiçik döyüş başlıqları olan raketlər buraxmayacağıq. Atışların tezliyi artacaq, zərbələrin miqyası və diapazonu daha genişlənəcək”, – deyə o bildirib.

Komandan əlavə edib ki, raket zərbələri planlı şəkildə davam etdiriləcək və əməliyyatların növbəti mərhələsində daha geniş hədəf spektri nəzərdən keçirilir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
78
globalinfo.az

1Источники