RU

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub

Bakı. Trend:

Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsindətəmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqivideosu ictimaiyyətə təqdim olunub.

Trend-inməlumatına görə, “Just Go” sevgi, kədər və daxili güc haqqındaemosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdansonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifəaçması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokalimkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalıbəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm dəABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar vəprodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə FərhadƏlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, ÜzeyirHacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomuburaxıb, həmçinin film və televiziya layihələri üçün musiqilərbəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıqfəaliyyətini davam etdirir.

Xatırladaq ki, JIVA Azərbaycanın “Avroviziya 2026” BeynəlxalqMahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub.

Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı MüsabiqəsiAvstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanınbirinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı mayın 14-də,böyük final isə mayın 16-da baş tutacaq.

Məqalədə:
Избранный
96
22
az.trend.az

10Источники