RU

Gəncədə iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

"Unikal"ın məlumatına görə, xəsarət alanlar 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənovadır.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XXX

15:16

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Great Wall" ilə "VAZ 21010" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
unikal.az

1Источники