RU

Liverpul Qalatasaray la matça ciddi itkilərlə çıxacaq

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"ın qonağı olacaq "Liverpul" ciddi itkilərlə üzləşib.

QOL.az xəbər verir ki, İngiltərə təmsilçisi İstanbula yollanacaq heyətini açıqlayıb və əsas qapıçı Alisson Bekkerin siyahıda yer almadığı məlum olub. Braziliyalı qolkiperin zədə səbəbindən "sarı-qırmızılılar"a qarşı forma geyinə bilməyəcəyi dəqiqləşib. 

Mersisayd təmsilçisində Alissonla yanaşı, Konor Bredli, Vataru Endo, Federiko Kyeza və Aleksander İsak da İstanbul səfərinə aparılmayıb.

"Liverpul"un "Qalatasaray" matçı üçün İstanbula yollanan heyətində isə aşağıdakı futbolçular yer alıb:

Qomes, Van Dayk, Konate, Kerkez, Virts, Soboslai, Mak Allister, Salah, Cons, Qakpo, Ekitike, Mamardaşvili, Robertson, Vudman, Frimponq, Qravenberx, Nyoni, Nallo, Morrison, Nqumoxa, Misçiur.

Xatırladaq ki, "RAMS Park"da keçiriləcək "Qalatasaray" - "Liverpul" matçının start fiti martın 10-da Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
1
qol.az

3Источники