RU

Trampdan yeni İran mesajı: “Müctəba Xameneinin seçilməsindən razı deyiləm”

ABŞ prezidenti Donald Tramp İranla bağlı diqqət çəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp İranın yeni ali lideri kimi Müctəba Xameneinin seçilməsi məsələsinə münasibət bildirib.

Tramp qeyd edib ki, bu seçim onu qane etmir və Vaşinqtonun mövqeyi bundan fərqli ola bilər:

“Müctəba Xameneinin seçilməsindən məmnun deyiləm. Onunla bağlı planların təfərrüatlarına varmayacağam, lakin bu seçimdən razı deyiləm”.

ABŞ-nin mümkün hərbi addımları ilə bağlı suala cavab verən Tramp bildirib ki, İranın İsfahandakı zənginləşdirilmiş nüvə materialının təhlükəsizliyi məsələsi gündəmdə olsa da, quru əməliyyatı barədə hələ qərar qəbul edilməyib.

Onun sözlərinə görə, hazırda belə bir əmrin verilməsi gündəmdə deyil:

“İsfahandakı zənginləşdirilmiş materialın təhlükəsizliyini təmin etmək üçün quru əməliyyatı əmrini verməyə yaxın deyilik. Bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməmişik”.


Musavat.com

Избранный
65
50
musavat.com

10Источники