RU

NATO-dan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

NATO İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən ələ keçirilib.

NATO-nun açıqlamasında bildirilib ki, Türkiyəyə doğru hərəkət edən daha bir raket məhv edilib və alyans müttəfiqlərini hər hansı təhdidə qarşı müdafiə etməyə hazırdır.

“Türkiyəyə doğru gedən bir raketi məhv etdik. NATO bütün müttəfiqlərini hər hansı bir təhdidə qarşı müdafiə etməyə sadiqdir”, – deyə bəyanatda qeyd olunub.

Hadisə ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.

Raketin bəzi qəlpələri Gaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Nazirlik açıqlamasında Türkiyənin regional sabitliyə və mehriban qonşuluq münasibətlərinə böyük önəm verdiyi vurğulanıb. Bununla yanaşı, ölkə ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün lazımi addımların qətiyyətlə atılacağı bildirilib.

Qeyd edək ki, bu, son bir həftə ərzində baş verən ikinci oxşar hadisədir. Belə ki, martın 4-də də İrandan atılan və Syria hava məkanını keçərək Türkiyəyə doğru yönələn ballistik raket NATO tərəfindən məhv edilmişdi. Həmin raketin qalıqları Dörtyol rayonuna düşmüşdü.

Aliyə
NOCOMMENT.az

Избранный
79
50
nocomment.az

10Источники