RU

İran XİN: Tehran Azərbaycana, Türkiyəyə və Kiprə raket ATMAYIB

Ajans.az xəbər verir ki, İran region ölkələri ilə mehriban qonşuluq və dostluq münasibətlərinin qorunmasına böyük önəm verir və dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünə hörmət etməyi prinsipial mövqe hesab edir. Baqayi eyni zamanda vurğulayıb ki, əgər hər hansı ölkənin ərazisi İrana qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunarsa və ya İran vətəndaşları və obyektlərinə zərbələr endirmək məqsədilə istifadə edilərsə, beynəlxalq hüquqa əsasən Tehranın müdafiə xarakterli cavab vermək hüququ var. Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı da rəsmi şəkildə bəyan edib ki, sözügedən raketlər İrandan buraxılmayıb və İrana məxsus deyil. Nazirlik rəsmisi regional dövlətləri tələsik açıqlamalar verməməyə və məsələ ilə bağlı ehtiyatlı mövqe tutmağa çağırıb. O əlavə edib ki, İran və Azərbaycan prezidentləri arasında bu yaxınlarda keçirilən telefon danışığı zamanı da Tehran bu cür hücumlarda iştirak etmədiyini bildirib.

 

Избранный
121
Ajans.az

1Источники