RU

Xızıda maşında köməksiz qalan əcnəbilər xilas edildi – Video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Избранный
107
28
konkret.az

10Источники