AZ

Xarici vətəndaşlar Xızıda dağlıq ərazidə köməksiz qaldılar VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xızıda dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edilib.

Bu barədə Avtosfer.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazdə 3 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu "Toyota Prado" markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
28
avtosfer.az

10Mənbələr