Aktrisa Aslıhan Karaların İstanbulun Beykoz Rivadakı villasında yanğın baş verib.
Alov evi tez bir zamanda bürüyüb. Tüstüdən zəhərlənən aktrisa xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yanğın evin damından başlayıb və tez bir zamanda 3 mərtəbəli villaya yayılıb. Həmin vaxt evdə olan Karalar əvvəlcə itlərini çölə çıxarıb. Yanğında paltarları da zədələnən aktrisanın xəstəxanada dostlarından geyim istədiyi öyrənilib. (Axşam.az)
